- Aqroparkda rezident olmaq üçün ilk addım fəaliyyət istiqamətinizə uyğun sahənin – bitkiçilik, heyvandarlıq, bağçılıq, emal və ya digər sahələrin seçilməsidir.
- Daha sonra bu sahə üzrə biznes-plan və ya investisiya layihəsi təqdim edilir. Layihədə nələr əkiləcək, necə becəriləcək, nə qədər sərmayə qoyulmalıdır və hansı nəticələri hədəflədiyiniz ətraflı şəkildə göstərilməlidir.
-
Təqdim etdiyiniz investisiya layihəsi (biznes-planı) aqroparkların yaradılması və qeydiyyata alınması üçün
tələb olunan meyarlar əsasında idarəedici təşkilat tərəfindən qiymətləndirilir.
- Müraciətiniz müsbət qiymətləndirildikdən sonra dövlət rüsumunu ödəyirsiniz.
- Növbəti 30 gün ərzində idarəedici təşkilat ilə rəsmi müqavilə bağlanır və siz aqroparkın rezidenti statusunu qazanırsınız.
Rezident olun. Aqrar gələcəyi birlikdə quraq!