Məqsədlər

Aqroparkın yaradılmasının məqsədləri:

  • İnnovativ texnologiya və üsullar əsasında rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması, aqrar-sənaye komplekslərinin inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi;
  • İqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;
  • Aqrar-sənaye istehsalı sahəsində yerli və xarici investisiyalar üçün əlverişliliyin artırılması;
  • Əməkqabiliyyətli əhalinin aqrar-sənaye istehsalı sahəsində məşğulluğunun artırılması.

 

Aqroparkın əsas fəaliyyət istiqamətləri:

  • Birillik əkinçilik və tərəvəzçilik
  • Bağçılıq
  • Toxumçuluq və tingçilik
  • Örtülü sahələrdə innovativ bitkiçilik
  • Müasir heyvandarlıq, quşçuluq və balıq yetişdirmə
  • Kənd təsərrüfatı məhsullarının emalı, çeşidlənməsi və qablaşdırılması