Rezident ol

  • Aqroparkda rezident olmaq üçün ilk addım, fəaliyyət istiqamətinizə uyğun sahəni – bitkiçilik, heyvandarlıq, bağçılıq, emal və ya digər sahələri seçməkdir.
  • Daha sonra bu sahə üzrə biznes plan və ya investisiya layihəsini təqdim edilir. Layihədə nələri əkiləcək, necə beceriləcək, nə qədər sərmayə qoymalıdır və hansı nəticələri hədəflədiyiniz ətraflı şəkildə göstərilməlidir.
    Unutmayın: hər sahə üzrə minimum sərmayə məbləğləri mövcuddur. Bu haqda məlmuat təqdim olunacaq.
  • Növbəti addımda müvafiq sənədlərlə birlikdə aqroparkın idarəedici təşkilatına və ya Kənd Təsərrüfatı Nazirliyinə rəsmi müraciət edirsiniz.
  • Təqdim etdiyiniz investisiya layihəsi (biznes planı) qanunda göstərilən aşağıdakı meyarlar əsasında idarəedici təşkilat tərəfindən qiymətləndirilir:
    • İnvestisiya layihəsinin aqroparkın yerləşdiyi ərazinin təbii şəraitinə, iqliminə və xammal imkanlarına uyğunluğu;
    • İnvestisiya layihəsinin istehsal və emal olunan aqrar-sənaye məhsulları üzrə prioritetlərə uyğunluğu;
    • Məhsul istehsalı, emalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə innovativ texnologiya və üsulların tətbiqi;
    • İnvestisiya layihəsi üzrə istehsalı nəzərdə tutulan məhsulun (işin, xidmətin) rəqabətədavamlı olması;
    • İnvestisiya layihəsinin ətraf mühitə və yeni iş yerlərinin açılmasına təsiri;
    • İnvestisiyanın həcminin səlahiyyətli orqanın müəyyən etdiyi minimal həddə uyğunluğu.
  • Müraciətiniz müsbət qiymətləndirildikdən sonra dövlət rüsumunu ödəyərək rezidentlik şəhadətnaməsi verilir.
  • Növbəti 30 gün ərzində idarəedici təşkilat ilə rəsmi müqavilə bağlanır və siz aqroparkın rezidenti statusunu qazanırsınız.

 

Rezident olun. Aqrar gələcəyi birlikdə quraq!

 

 

 

* qoyulmuş xanaların doldurulması mütləqdir