Tələb olunan meyarlar

Aqroparkların yaradılması və qeydiyyata alınması üçün əsas
MEYARLAR

  1. Aqroparkın yaradılması üçün ayrılan torpaq sahəsi aşağıdakı tələblərə cavab verməlidir (Aqroparklar haqqında Nümunəvi Əsasnamə. Maddə 3.5.):
  • Məqsədli təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlara aid olmalıdır;
  • Avtomobil və (və ya) dəmir yollarına, habelə mühəndis-kommunikasiya təminatı sistemlərinə çıxış imkanlarına malik olmalıdır;
  • Əşyaların və (və ya) hüquqların yüklülüyündən azad olmalıdır.
  1. Aqroparkın fəaliyyəti ilə bağlı layihələr “Ətraf mühitin mühafizəsi haqqında” və “ Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə cavab verməlidir (Aqroparklar haqqında Nümunəvi Əsasnamə. Maddə 3.6.).
  2. Hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınması üçün tələb olunan investisiyanın minimal həddi təmin olunmalıdır (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı. Əlavə 5).

Hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınması üçün tələb olunan investisiyanın minimal həddi

N

Təsərrüfat növü

AZN

1

Birillik əkinlər və yem bitkiləri, təsərrüfatı üçün – hər hektara görə

5,000.0

2

Tingçilik təsərrüfatı – hər hektara görə

140,000.0

3

Çoxillik əkmələr (o cümlədən sosial bağçılıq)

15,000.0

4

Örtülü sahələr (istixanalar) üçün – hər hektara görə

900,000.0

5

İnnovativ bitkiçilik üçün – hər hektara görə

100,000.0

6

Südlük istiqamətli müasir iribuynuzlu heyvandarlıq kompleksi üçün

4,000,000.0

7

Ətlik istiqamətli müasir iribuynuzlu heyvandarlıq kompleksi üçün

3,000,000.0

8

Müasir xırdabuynuzlu heyvandarlıq kompleksi üçün

2,000,000.0

9

Müasir quşçuluq təsərrüfatı üçün

2,500,000.0

10

Müasir balıqyetişdirmə təsərrüfatı üçün

500,000.0

11

Kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üçün

dövlət aqroparkına münasibətdə

300,000.0

özəl aqroparka münasibətdə

5,000,000.0

 

Əsaslanılan mənbələr:

 

  • Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Aqroparklar haqqında Nümunəvi Əsasnamə";
  • Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının 2025-ci il 26 sentyabr 3-22/3-2-4/2025 nömrəli Qərarı.