Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “ Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli 1257 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”də “səlahiyyətli orqan” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, “idarəedici təşkilat” dedikdə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqropark istisna olmaqla) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxs nəzərdə tutulur;
2.2. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulmuş idarəedici təşkilatın vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqroparka münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir.
3.1. “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin 3.7-ci bəndinin ikinci cümləsində, 4.3-cü bəndinin üçüncü cümləsində, 5.1.6-cı, 6.1.11-ci, 8.6.6-cı yarımbəndlərində və 8.8-ci bəndində nəzərdə tutulmuş aktları altı ay müddətində qəbul etsin;
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2021-ci il
№ 1505